Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində, Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
ONA xəbər verir ki, aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Havanın şaxtalı olmasına baxmayaraq, eko-fəallar aksiyanın 36-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.