Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiyanın 32-ci günündə hava hərarətinin -10-12 olmasına baxmayaraq aksiyada iştirakçılar etirazlarını davam etdirir.
Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunur, heç bir insident müşahidə edilməyib.
Hazırda havanın temperaturu -9 dərəcədir.