Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir - [color=red]FOTO[/color]
  • SOSİAL

  • 10:07 21 Mart 2023

Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir - FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşın karvanı maneəsiz keçid edib.

BQXK-yə məxsus 5 minik, 5 yük avtomobillindən ibarət karvan Xankəndindən gəlib, Laçın istiqamətinə gedib.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

ONA

Teqlər: