Dünən axşam saatlarından indiyədək Lənkəran sakinindən xəbər yoxdur.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonunun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu idman zalına getmək üçün dünən evdən çıxıb və qayıtmayıb.
Əvvəllər belə halın baş vermədiyini və ailəsində ciddi bir problem yaşamadığını qeyd edən gəncin valideynləri çox narahatdırlar.
İtkin düşmüş oğlanın qohumu APA-ya bildirib ki, dünən məşqdən saat 18:00-da çıxan Rüfəti saat 20:00-da şəhərdə görüb və onu maşını ilə evə aparmaq istəsə də, o, başqa işi olduğunu əsas gətirərək evə getməyib.
Onun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. Şəkildəki gənci görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.