• SOSİAL

    12:02 12 aprel 2019

Lənkəranda 20-dən çox ailə torpaq sürüşməsindən əziyyət çəkir

Lənkəranda 20-dən çox ailə torpaq sürüşməsindən əziyyət çəkir.

ONA-nın cənub bürosunun məlumatına görə, ilk torpaq sürüşməsi 2016-cı ilin aprel ayında Veravulçayın daşması nəticəsində baş verib. Bu ilin əvvəlində isə Veravul kəndində sahilboyu yol tamamilə yararsız hala düşüb.

Kənd sakinlərinin sözlərinə görə, yağış yağan kimi çayın səviyyəsi qalxır və sahili keçilməz olur. Nəticədə onlar 150 hektara yaxın əkin sahələrinə, uşaqlar da məktəbə gedə bilmirlər.

Alternativ yolun olmaması sakinlərin işini lap çətinləşdirib. Hətta elə olub ki, təcili tibbi yardım maşını xəstənin evinə gedib çıxa bilməyib. Veravul sakinləri gələcəkdə hər hansı xoşagəlməz hadisə zamanı belə problemlərin yenə də təkrarlanacağından narahatdırlar və bu məsələ ilə bağlı tədbir görülməməsindən şikayət edirlər.

Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsindən gələcəkdə vəsait ayrılacağı təqdirdə, problemin həll olunacağı bildirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR