• SOSİAL

    15:14 27 fevral 2023

"LİMAK" müştərilərinə xüsusi xidmət təklif edir

Respublikamızda ilk dəfə istifadəyə verilmiş “Kargomat - ağıllı poçt terminalı” layihəsi poçtdaşıma və digər bənzər xidmətlərdə keyfiyyətin artırılmasına, zaman itkisinin qarşısının alınmasına dəyərli töhfə verdi. Belə ki, paytaxtda və bölgələrimizdə vətəndaşlara yüksək xidmət verən bu layihədən ölkədə ilk dəfə “Limak” şirkəti yararlandı.

Artıq "Limak" müştərilərinin daha keyfiyyətli xidmətdən yararlanaraq bağlamalarını kargomat şəbəkəsi vasitəsilə təhvil almaq şansı var.

"Limak" artmaqda olan kargomatlarla Bakı şəhərinin bir çox ərazilərində xidmətinizdədir və yaxın zamanda bölgələrimizdəki müştərilər də xidmətdən yararlana biləcək. Belə ki, siz ödənişsiz şəkildə bu terminallar vasitəsilə bağlamalarınızı 7/24, növbə gözləmədən, anbarların və kuryerlərin iş qrafikindən asılı olmadan təhvil ala bilərsiniz.

“Kargomat”-ın iş prinsipi çox sadədir: sizə ən yaxın KARGOMAT-ı seçirsiniz, bağlamanız çatdırıldıqda sizə göndərilən SMS ilə unikal kodu əldə edirsiniz, KARGOMAT-a yaxınlaşıb kodu daxil etməklə bağlamanızı götürürsünüz!

Qeyd edək ki, “Kargomat” xidmətindən istifadə ödənişsizdir.

Hazırda "Limak"ın aşağıda qeyd olunan ərazilərdə fəaliyyət göstərən kargomat xidmətini sifariş edərək çatdırılma imkanından yararlana bilərsiniz.

• Yeni Yasamal - Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 1, AZ1070 (Katv1)

• Şərifzadə - Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 177A, AZ1138 (Katv1)

• Nərimanov - Nərimanov rayonu, Təbriz küçəsi 105/35, AZ1009 (Katv1)

• Əcəmi - Nəsimi rayonu, H.Əliyev küçəsi 1, AZ1111(Katv1)

• Biləcəri - Biləcəri qəsəbəsi, Natəvan küçəsi 7, AZ1117(Katv1)

• Bakıxanov - Bakıxanov rayonu, Ş. Kamil küçəsi 15/74, AZ1035 (Katv1)

• Bakısoveti, Nizami - Səbail rayonu, Nizami küçəsi 10, AZ0001

• Ziya Bünyadov (KOBİA)

• Nərimanov rayonu, Z.Nudiraliyev küçəsi 79, AZ1069

• Əhmədli - Xətai rayonu, Məhəmməd Hadi küçəsi 23/44, AZ1109 (Katv1)

• Səbail rayonu, Lermontov küç. 40A (LİMAK OFİS)

• Cəfər Cabbarlı 44 (Caspian Plaza)

Limak - uzağı yaxın etdik!

ONA

Teqlər:

SON XƏBƏRLƏR