Britaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Londonda Novruz bayramı qeyd olunub.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, tədbirə Azərbaycan diasporunun aktiv üzvləri, Londonda təhsil alan tələbələr, türk və xarici qonaqlar qatılıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini Sevil Aslanova milli bayram ənənələrinin vətəndən kənarda da keçirilməsinin əhəmiyyətinə toxunub: “Bugünkü tədbirimizdə Londona yeni gələn tələbələr, illərdir burada məskunlaşan diaspor üzvləri iştirak edir. Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında birlik çox vacibdir və biz çalışırıq ki, onlar özlərini vətəndən uzaq hiss etməsinlər”.
Tədbirdə Azərbaycan milli musiqiləri səslənib, milli rəqslər nümayiş olunub. Şənlikdə qonaqlara Novruz şirniyyatları paylanıb.
Aytən Abbaslı