Maarifçi Tələbə Kredit Fondunun cari ilin martın 1-də başlayan və aprelin 5-də başa çatmalı olan elan sessiyasının müddəti uzadılıb.
Təhsil Nazirliyindən ONA-ya verilən məlumata görə, mart ayında qeyri-iş günləri nəzərə alınaraq, elan sessiyasının müddəti cari ilin aprelin 20-dək davam edəcək.
Kredit almaq üçün tələbələrin fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.
Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları olduğu kimi saxlanılıb.