• SOSİAL

    17:43 1 mart 2019

“Maarifçi” Tələbə Kredit Fonduna yeni icraçı direktor təyin edilib

Himayəçilik Şurasının növbəti iclası keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, iclasda 2018-ci ilin yekunlarına dair fondun hesabatı təqdim olunub,

Fondun ilk icraçı direktoru Rüfət Mahmudun üç illik səlahiyyət müddətinin başa çatması və digər vəzifə təyinatı ilə əlaqədar onun növbəti müddətə fonda rəhbərlik üçün namizədliyi irəli sürülməyib.

Gündəlikdəki məsələyə əsasən, Himayəçilər Şurasının üzvləri yeni namizədin təqdimatı ilə tanış olublar. Səsvermə əsasında fondun icraçı direktoru vəzifəsinə Araz Paşayevin təyin edilib. Araz Paşayev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin məzunudur.

Gündəlikdəki digər məsələlərdən biri də fondun növbəti elan sessiyasının tarixinin müəyyən edilməsi ilə bağlı olub. Yekun qərara əsasən, elan sessiyasının tarixi 1 mart–5 aprel 2019-cu il tarixləri müəyyən edilib. Bu elan sessiyası çərçivəsində təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsi üçün təqdim olunacaq.

Tələbələr üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.

İclasda tələbələrin artan kredit tələbatını əsas götürərək, müvafiq sahədə genişmiqyaslı fəaliyyət üçün Təhsil Nazirliyi və bir sıra təşkilatların ekspert qrupu tərəfindən yeni konsepsiyanın hazırlanması barədə müzakirələr aparılıb. Hazırda konsepsiya tamamlanma mərhələsindədir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR