• SOSİAL

    07:00 26 may 2019

Magistraturaya qəbul imtahanının II mərhələsi keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirir.

DİM-dən ONA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İmtahanın idarə olunmasına 27 ümumi imtahan rəhbəri, 86 imtahan rəhbəri, 818 nəzarətçi-müəllim, 64 buraxılış rejimi əməkdaşı ayrılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR