• SOSİAL

    10:00 8 may 2019

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin vaxtı başa çatıb - YENİLƏNİB

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı başa çatıb.

ONA-nın xəbərinə görə, 8731 bakalavr (Azərbaycan bölməsi üzrə 7991, rus bölməsi 740 üzrə) öz ərizəsini təsdiq edib.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

***

22:45

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı uzadılıb.

ONA-nın xəbərinə görə, bakalavrlar sabah saat 10:00-a kimi öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Bu gün saat 22:30-a olan məlumata əsasən, 8667 bakalavr (Azərbaycan bölməsi üzrə 7937, rus bölməsi üzrə 730) öz ərizələrini təsdiq edib.

2019-cu il fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər 26 may 2019-cu ildə keçiriləcək imtahanın ikinci mərhələsinə buraxılmayacaqlar.

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçiminin vaxtı bu gün 23:59-da başa çatırdı.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR