“Azərbaycanda tolerantlıq ili elan etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanda hər il tolerantlıq ilidir”.
ONA xəbər verir ki, bunu ABŞ-ın "Etnik Anlaşma Fondu"nun prezidenti Mark Şnayer "Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, yüz illər ərzində Azərbaycanda tolerantlıq, dözümlülük hökm sürüb: “Azərbaycan təkcə müsəlman aləmində deyil, həmçinin dünya miqyasında nümunəvi ölkədir. Çünki bunun bünövrəsini Heydər Əliyev qoyub, onun üçün tolerantlıq, dözümlülük prioritet məsələyə çevrilib. Azərbaycan dini tolerantlıq mövzusunda digər dövlətlərə örnək olmalıdır ki, onlar sizdən nümunə götürsün".
M.Şnayer qeyd edib yevangelist xristianları ilə dünya müsəlmanları arasında körpü yaratmağı qarşılarına məqsəd qoyublar: "Əslində biz burda tədqiqat aparmağa gəlmişik. Azərbaycan kimi dövlətdə bu tədbirə tanınmış yevangelist liderlərinin qatılması tədbirin mahiyyətinə böyük töhfə verir. ABŞ-da azərbaycanlılarla xristianlar arasında olan boşluq Azərbaycandakı təbliğatlar əsasında aradan qaldırıla bilər. Azərbaycanı çox sevirəm və dünya miqyasında tanınması üçün əlimdən gələni edəcəm".