• SOSİAL

    23:49 13 mart 2019

Marneulinin sabiq azərbaycanlı meri bələdiyyədən 7 aylıq maaşını tələb edib

Gürcüstanın Marneuli şəhərinin keçmiş meri, əslən azərbaycanlı olan Temur Abazov həbsdə olduğu müddət ərzində ala bilmədiyi 32 min lari əmək haqqını tələb edir. Bələdiyyə Məclisi bu təklifi bu gün keçirilmiş iclas zamanı arayış qismində qəbul edib.

ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu haqda məlumatı "Marneuli" radiosu yayıb. T.Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunurdu. Məhkəmə T.Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxıb. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırıb.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin sözlərinə görə, meriyanın hüquq və maliyyə xidmətlərinin nümayəndələri bu məsələni araşdıracaq və əgər T.Abazovun tələbi qanunvericiliyə uyğundursa, məbləğ ödəniləcək.

Qeyd edək ki, T.Abazovun məhkəməsi hələ tamamlanmayıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR