• SOSİAL

    14:42 5 mart 2019

Mart 8-də hava soyuq olacaq

“Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq”.

ONA-nın xəbərinə görə, bu barədə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı isidəcək”, - deyə U. Tağıyeva əlavə edib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR