• SOSİAL

    09:45 27 fevral 2019

Martın 2-dən ali məktəblərə qəbulla bağlı onlayn sınaq imtahanları başlayır

Martın 2-dən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçirilən onlayn sınaq imtahanları başlayır.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, yeni test tapşırıqlarının istifadə olunacağı birinci sınaq imtahanlarına qeydiyyat davam edir. İmtahanlar otk.az portalı vasitəsilə təşkil olunacaq.

İmtahanlar martın 2-dən etibarən gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. Abituriyentlər imtahana yazılarkən imtahan tarixi və başlama saatını seçməlidirlər. İmtahanı başlamaq üçün müvafiq link abituriyent imtahana yazılarkən qeyd etdiyi tarix və saatda aktivləşdiriləcək. İmtahanı yalnız həmin vaxtdan etibarən 3 saat müddətində vermək mümkündür. İmtahanı yazıldığı vaxtdan gec başlayanlar üçün əlavə vaxt verilmir.

Portalda yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR