• SOSİAL

    13:50 3 mart 2023

Martın 23-də Ramazan ayı başlayacaq, Qədr gecələrinin vaxtı açıqlanıb

Martda Azərbaycanda Ramazan ayı başlayacaq.

ONA Qafqaz Müsəlmanları İdarəsinin təqviminə istinadən xəbər verir ki, martın 23-də Azərbaycanda Ramazan ayı başlayacaq.

Aprelin 21 və 22-si isə Ramazan bayramı qeyd ediləcək.

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.

QMİ sədrinin müavini qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.

Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR