• SOSİAL

    13:35 3 may 2019

Martın 31-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi martın 31-də keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. DİM-dən ONA-ya verilən məlumata görə, imtahanlarda iştirak etmiş 6920 nəfər DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında)mayın 8-də saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 6-7 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR