• SOSİAL

    19:07 16 mart 2019

Masallıda “ASAN Həyat” Bahar Festivalı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı təşkil olunub.
ONA-nın məlumatına görə, 2-19 mart tarixlərini əhatə edən festival çərçivəsində Masallı, Şəki və Quba “ASAN Həyat” komplekslərində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhləvan və kəndirbaz oyunları, milli ornamentlərin sərgisi, idmançıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunub, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası həyata keçirilir.
Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunur. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış "fast food"ların satışı həyata keçirilir.
Təşkil olunan tədbirlərdə ölkəmizdə akreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR