• SOSİAL

    14:07 19 noyabr 2020

Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

ONA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdiriləcək.

Qeyd edək ki, müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uygun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR