• SOSİAL

    10:01 13 may 2019

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən ONA-ya verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR