• SOSİAL

    12:57 1 may 2019

Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib

Bakıda Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumuna həsr olunmuş mətbuat konfransı keçirilib.

ONA-nın xəbərinə görə, tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparatının Beynəlxalq Əməkdaşlıq və İnnovativ İnkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib ki, builki forumun 3 vacib istiqaməti var. Bunlar müxtəlifliyin idarə edilməsi, gənclərin liderliyi, miqrasiya və insan təhlükəsizliyidir.

Onun sözlərinə görə, forum çərçivəsində 21 sessiya keçiriləcək. Şöbə müdiri forumun təşkilində göstərdiyi dəstəyə görə UNESCO-ya təşəkkürünü bildirib.

Coventry Universitetinin professoru Maykl Hardi deyib ki, Bakı prosesi uğurludur, çünki tərəfdaşlıq üzərində qurulub.

BMT-nin Sivilizasiyalar Alyansının nümayəndəsi Anna Pavlüçenko bildirib ki, onun təmsil etdiyi təşkilat foruma dəstək göstərməsindən qürur duyur. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başladılan Bakı prosesi BMT-nin nail olmaq istədiyi məqsədləri tərənnüm edir.

Mətbuat konfransının iştirakçıları təhsilin dinlər və mədəniyyətlərarası dialoqda oynadığı rolu vurğulayıblar.

Qeyd edək ki, Forumun yekununda fəaliyyət planı təqdim ediləcək. Forumun rəsmi açılışı sabah Heydər Əliyev Mərkəzində baş tutacaq.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR