• SOSİAL

    14:32 31 may 2019

Paytaxtın Məhəmməd Hadi küçəsində su sızması baş verib

Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində su sızması baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, baş vermiş sızmanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılır. Qazıntı-bərpa işlərinin sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR