• SOSİAL

    15:16 2 iyun 2023

Məhərrəm ayı və Aşura gününün vaxtı açıqlanıb

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

ONA xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

Məlumata görə, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Avqustun 17-si Məhərrəm ayı başa çatır və 18-dən Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR