• SOSİAL

    14:08 30 may 2019

Məhkəmələrin səlahiyyət dairəsi genişləndirilir

Rayon (şəhər) məhkəmələrinin səlahiyyət dairəsi genişləndirilir.

ONA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsinə 393-1.2-ci maddə də əlavə edilir.

İnzibati Xətalar Məcəlləsinin 393-1.2-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Təklif edilən dəyişiklik isə bu maddədə müvafiq bələdiyyələrin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsini rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməsini nəzərdə tutur.

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR