Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum gününü təbrik edənlərə təşəkkür edib.
APA-nın məlumatına görə, o, bu barədə rəsmi "İnstagram" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!".