• SOSİAL

    18:26 21 may 2019

Azərbaycanda 1 milyondan çox şagird psixoloji müayinələrdən keçirilib

Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramına əsasən, 2 520 196 nəfər uşaq müayinələrdən keçirilərək qeydiyyata alınıb.

ONA-nın xəbərinə görə, bu, “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə öz əksini tapıb.

Sənəddə bildirilib ki, ümumi təhsil müəssisələrində 2562 psixoloq tərəfindən 1 242 500 nəfər şagird müvafiq psixoloji müayinələrdən keçirilib.

Müayinələr zamanı şagirdlərin şəxsi işlərində qeydlər, onların emosional vəziyyətlərinin öyrənilməsi üçün müvafiq metodikalar əsasında işlər aparılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR