Məktəblərdə qış tətilinin vaxtı müəyyən edilib
  • SOSİAL

  • 18:07 16 Yanvar 2020

Məktəblərdə qış tətilinin vaxtı müəyyən edilib

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən  məktəblərdə isə fevralın 3-ü dərs günüdür. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

ONA

Teqlər: məktəb qış tətili