• SOSİAL

    12:55 10 iyun 2024

Məktəblərdə "Son zəng" tədbirlərinin təşkili ilə bağlı monitorinqlər başlayıb

İyunun 14-də ümumi təhsil müəssisələrində keçiriləcək "Son zəng" tədbirlərinin təşkili, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ilə bağlı monitorinqlərə start verilib.

ONA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Xəbərə görə, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrini əhatə edən monitorinqlər "Məktəblinin dostu"nun iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd “Son zəng” tədbirləri ilə bağlı hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş təlimatların icra vəziyyətinin ölçülməsi, eləcə də şagirdlərin nizam-intizam qaydaları və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərlə tanış olmaqdır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR