• SOSİAL

    10:47 2 may 2019

Məleykə Abbaszadə: “DİM-in fəaliyyətində şəffaflıq tam şəkildə təmin olunur”

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi və Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.

DİM-dən ONA-ya verilən məlumata görə, Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, DİM-in fəaliyyətində şəffaflıq və ictimai nəzarət tam şəkildə təmin olunur.

O, ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, ictimai birliklərin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib.

Görüş zamanı abituriyentlərə və onların valideynlərinə psixoloji dəstəyin və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə birgə tədbirlərin keçirilməsi təklif edilib.

Müzakirələrin sonunda hər iki təşkilatla əlaqələrin daha da genişləndirilməsi və DİM tərəfindən onlara lazımi dəstəyin göstərilməsi qərara alınıb.

DİM-in əməkdaşları Ailələrin İnkişafı üzrə Maarifləndirmə İctimai Birliyi ilə imtahan öncəsi stresin idarə olunması, abituriyentlərin və onların valideynlərinin imtahana psixoloji hazırlığı və digər məsələlərlə bağlı keçirilən təlimlərdə iştirak edəcək və öz təcrübəsini bölüşəcək.

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin valideyn və şagirdlər üçün Bakıda və bölgələrdə təşkil ediləcək “Məktəb ailəsi təlim-istirahət düşərgə”lərində Mərkəzin fəaliyyəti, imtahanlara hazırlıq, qəbul qaydaları haqqında məlumat vermək, valideynlərin maarifləndirilməsi işində dəstək göstərilməsi üçün DİM-in əməkdaşları da təlimlərdə iştirak edəcək.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR