Məleykə Abbaszadə: “I-IV qruplarda yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır”
  • SOSİAL

  • 14:32 01 Avqust 2019

Məleykə Abbaszadə: “I-IV qruplarda yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır”

“Bakalavriat səviyyəsi üzrə bu il keçirilən yaz və yay qəbul imtahanlarının ümumi nəticələri arasında, ötən il olduğu kimi elə də ciddi fərq yoxdur. Abituriyentlərin nəticələri arasında orta fərq təxminən 20 bala bərabərdir. Bu da nəticələrin etibarlılığının yüksək göstəricisi kimi qiymətləndirilməlidir”.

ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin növbəti iclasında çıxışında deyib.

O qeyd edib ki, bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına baxdıqda I-IV ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azdır: “I, II və IV ixtisas qruplarında bütün bal intervalları üzrə azalma sayını müşahidə etmək olur, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çoxdur. Yeni tədris proqramı ilə əlaqədar bu il imtahanın məzmununun və qiymətləndirmə modelinin dəyişməsi daha yüksək bal toplayan abituriyentlərinin sayının az olmasına təsir edən amillərdən biri ola bilər. Lakin daha yuxarı bal toplayan abituriyentlərin sayının az olması onların ali təhsil müəssisələrinə yerləşdirilməsinə hər hansı mənfi təsir göstərməyəcək”.

 

ONA

Teqlər: imtahan DİM

OXŞAR XƏBƏRLƏR