"Hər il qaydaları pozan nəzarətçi-müəllimlər cəzalandırılır".
ONA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, qaydaları pozan nəzarətçi-müəllimlərlə bağlı Rayon Təhsil Şöbələrinə müraciət olunub: "12 faiz müəllimin adı "qara siyahı"ya daxil edilib".