• SOSİAL

    18:48 7 may 2020

Məleykə Abbaszadə: “Yeni qaydalara görə imtahan vaxtı auditoriyada maksimum 15 şəxs olacaq”

“Bizim iyun ayında çox gərgin iş qrafikimiz olacaq. İyunda 160 mindən çox şəxs imtahan verəcək”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yeni qaydalara əsasən hər bir auditoriyada 12, maksimum 15 şəxs olacaq, bu da təşkilati nöqteyi-nəzərindən çox ciddi yeniliklər tələb edir.

“Hər bir imtahanda iştirak edən şəxs üçün eyni şəraiti yaratmalıyıq. Ötən il müqavilə ilə 65 mindən çox müəllimi prosesə cəlb etmişdik. Bu il yəqin ki, say daha da artacaq. Ola bilsin eyni gündə hansısa regionda IX sinif, ayrı regionda və ya Bakının hansısa rayonunda XI sinif imtahanı keçirilsin. İmtahan cədvəlləri tam şəkildə elan oluna bilməz. Beş dəfə şənbə və bazar günü 40 mindən çox şəxs imtahan verəcək. İndiyə qədər 40 min imtahan olub, amma indi əvvəlki qaydalara görə bu, 80 min insan üçün lazım olan yer deməkdir. Ona görə tək şənbə yox, həm də bazar günləri imtahan keçiriləcək. Ona görə də müəllimlər də prosesdə iştirak edəcək”, - deyə DİM sədri vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR