2019-cu il fevralın 25-də saat 16.00-da Dövlət İmtahan Mərkəzinin (DİM) “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə sınaq imtahanı ilə əlaqədar canlı yayım ediləcək.
Mərkəzdən ONA-ya verilən məlumata görə, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda sınaq imtahanın nəticələrinin elmi-statistik analizini izləyicilərə təqdim edəcək. Bundan əlavə, DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, həmçinin açıq tipli tapşırıqlarla bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş test tapşırıqları ilə əlaqədar suallarınızı "Facebook"da verilən müvafiq postun altına yaza və ya [email protected] ünvanına göndərə bilərsiniz. Suallarınız canlı yayımda DİM əməkdaşları və ekspertlər tərəfindən cavablandırılacaq. Sualınıza dolğun cavab tapmaq üçün, bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir.