• SOSİAL

    15:29 7 mart 2019

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən azad edilib

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Ülvi Mirzəyev tutduğu vəzifədən azad edilib.

ONA-nın xəbərinə görə, öz ərizəsi ilə işdən azad edilən Ü. Mirzəyevin yerinə təyinat yoxdur.

Onun vəzifəsini, direktor müavini Nadir Mehdiyev icra edir.

Qeyd edək ki, Ü. Mirzəyev bu vəzifəyə ötən ilin oktyabrında təyin edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR