• SOSİAL

    13:35 13 mart 2019

Meşələrin salınması və qırılmasına dair şərt müəyyənləşir

Azərbaycanda böyük ərazilərdə meşə salınması və qırılmasına dair əsas şərt müəyyən edilir.

ONA-nın məlumatına görə, bu, Meşə Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, 10 hektardan çox olan böyük ərazilərdə meşəsalma fəaliyyəti və 5 hektardan çox olan böyük ərazilərdə meşələrin irimiqyaslı qırılması fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsir qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR