Azərbaycan Mətbuat Şurası Milli Məclisə təqdim olunması üçün onlayn media ilə bağlı təkliflər layihəsi hazırlayır.
ONA-nın məlumatına görə, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, həmin təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər həllini tapacaq:” Hazırda həmin təkliflərin hazırlanması üzərində iş gedir. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri əksini tapacaq”.