Azərbaycan Mətbuat Şurası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət edəcək.
ONA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O bildirib ki, sabah Mətbuat Şurası dünya jurnalistlərinə mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlı müraciət ünvanlayacaq: "Buna səbəb isə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlum bəyanatıdır".
Qeyd edək ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi mayın 29-da Avropa Liqasının final oyunun Bakıda keçirilməsi ilə əlaqədar vətəndaşlarına terror təhlükəsinin olması barədə xəbərdarlıq edib.