• SOSİAL

    16:27 13 mart 2019

Mətbuat Şurası: Qəzet yayımı ilə bağlı monitorinq qrupu bərpa edilib

Azərbaycan Mətbuat Şurasında qəzet yayımı ilə bağlı hazırkı vəziyyət müzakirə olunub.

Şuradan ONA-ya verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, şəhərin müxtəlif yerlərindəki köşklərin heç də hamısı təyinatı üzrə istifadə edilmir.

Qeyd olunub ki, onların bəzilərində çox məhdud sayda qəzet olur, əsasən digər məhsullar satılır, nəticədə qəzetə maraq azalır, redaksiyaların maddi durumu pisləşir.

Paytaxtla yanaşı, mərkəzdən kənar yerlərdəki köşklərin də tələblər səviyyəsindən aşağı olduğu vurğulanıb.

İclasda Bakı Metropoliteninin stansiyalarında, avtobus dayanacaqlarında, Beynəlxalq avtovağzalda və əhalinin sıx toplaşdığı digər yerlərdə qəzet satışı, əldə yayım işinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu qeyd olunub.

Toplantıda qəzet yayımı ilə bağlı vəziyyətin detallarının öyrənilməsinin zəruriliyi önə çəkilib. Bu məqsədlə MŞ-nin vaxtilə mövcud olmuş monitorinq qrupunun fəaliyyəti bərpa olunub. Sabahdan işə başlayacaq qrupun əldə etdiyi nəticələr Şuranın Katibliyinə təqdim olunacaq və qruplaşdırılacaq. Məsələ Mətbuat Şurasının İdarə Heyətində kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunacaq. Ümumən qəzet yayımı ilə bağlı MŞ adından aidiyyəti qurumlara müraciətin ünvanlanması nəzərdə tutulur.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR