• SOSİAL

    12:32 11 iyun 2019

Metronun "Xətai" stansiyası avqustda açılacaq

Bakı Metropoliteninin “Xətai” stansiyasında eskalatorların quraşdırılması işləri tamamlanıb və hazırda sazlama işləri aparılır. “APA-Economics”in məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, bundan başqa stansiyada texniki qurğuların yönləndirilməsi sahəsində, həmçinin tikinti quraşdırma işlərində son tamamlama işləri aparılır:

"Stansiyanın yeni görkəmi ilə avqust ayında sərnişinlərin istismarına veriləcəyi planlaşdırılır".

ONA

Teqlər:

SON XƏBƏRLƏR