• SOSİAL

    13:05 3 may 2019

Deputat: “Azərbaycan seks turizmində digər ölkələrlə yarışa girmək istəyir?”

“Azərbaycanda yavaş-yavaş seks turizmi inkişaf edir. Biz Tailandla, digər ölkələrlə yarışa girmək istəyrik?”

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsində millət vəkili Araz Əlizadə söyləyib.

A. Əlizadə deyib ki, Rusiyada çoxmərtəbəli binalarda hostellər yaradılmasına icazə verilmişdi: “Ancaq gördülər ki, həmin hostellərdən fərqli məqsədlər üçün istfiadə edilir. Ona görə də yalnız birinci mərtəbədə hostellər yaradılmasına icazə verildi. Həmin hostellərə giriş də fərqli olmalıdır. Azərbaycanda da bunu etmək lazıcdır ki, çoxmərtəbəli binalar əxlaqsızlıq yuvasına çevrilməsin”.

Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin ümavini Siyavuş Novruzov bildirib ki, Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır: “İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır. Bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir. Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formasına da yenidən baxmaılyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsinə iştirak etməlidir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR