• SOSİAL

    11:25 29 sentyabr 2023

Millət vəkili Qənirə Paşayeva dəfn olunub - FOTO

Dünən vəfat edən millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilib.

ONA xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Millət vəkili Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

APA xəbər verir ki, Heydər Məscidində keçirilən mərasimdə mərhum deputatın ailə üzvləri, yaxınları, ölkə ictimaiyyəti, Milli Məclisin deputatları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Vida mərasimi yekunlaşdıqdan sonra mərhum millət vəkili İkinci Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərib.

Xatırladaq ki, 24 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı və Mədəniyyət Komitəsinin sədri olub.

Qeyd edək ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci ilin 24 martında Tovuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

2005-ci ildə isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı olub.

O, "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı şahidlərinin dilindən", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" və "Səndən sonra" kitablarının müəllifidir.

Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

ONA

Teqlər:

SON XƏBƏRLƏR