• SOSİAL

    21:14 10 may 2019

Milli Hidrometeorologiya Departamenti: Bir çox bölgələrdə yağış, Balakəndə dolu yağıb

Bu gün saat 20:00-a olan məlumata əsasən, Quba, Göygöl və Gəncədə yağış yağıb.

ONA-nın xəbərinə görə, bu barədə məlumat Milli Hidrometeorologiya Departamenti tərəfindən yayılıb.

Bildirilir ki, Daşkəsən, Naxçıvan, Lənkəran, Astara,Yardımlı, Biləsuvar və Şamaxıda şimşək çaxıb. Balakən rayonunda saat 20:02-dən 20:08-dək (6 dəqiqə ərzində) dolu müşahidə edilib.

Dolunun diametri 24 mm təşkil edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR