Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.
APA-nın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.
Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsəhrəd daşınma deyil, lokal xarakterlidir”.