• SOSİAL

    14:18 29 mart 2019

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” sərgisi açılıb

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda kitab sərgisi açılıb.

ONA xəbər verir ki, sərgidə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları, foto-şəkillər nümayiş olunub.

Sərgi geniş oxucu kütləsinin marağına səbəb olub. Azərbaycan Dillər Universitetinin tələbələri, universitetin müəllimləri – Alman Akademik Mübadilə Xidmətinin nümayəndəsi Mara-Liza Sezer, Avstriya Akademik Mübadilə Xidmətinin nümayəndəsi Stefani Matser, Torsten Dalmatiner və digərləri sərgi ilə yaxından tanış olublar.

Sərgi iştirakçılarına erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında ətraflı məlumat verilib. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri əks etdirən xarici dillərdə yazılmış kitablar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sərgi 1 həftə davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR