Azərbaycan Milli Konservatoriyasında koronavirus pandemiyası ilə əlaqədar əyani dərslər dayandırılıb.
Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.
O, müəllim və tələbələr arasında koronavirus testi pozitiv çıxanların olduğunu deyib.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi də koronavirusa yoluxub.
Anar Bəylərov, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.