• SOSİAL

    11:14 29 aprel 2019

Milli Koordinator: 79 tikinti obyektində 946 nəfərin müqavilə olmadan çalışdığı aşkar edilib

Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə 4 məcburi əmək faktı müəyyən edilib.

ONA-nın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatında bildirilib.

Sənəddə həmçinin qeyd edilib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan monitorinqlərlə 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib.

Yol verilən pozuntularla bağlı 6 işəgötürən təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat həcmində inzibati cərimə, 27-si barədə 468 min manat miqdarda vergi sanksiyası tətbiq edilib.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR