• SOSİAL

    20:01 6 dekabr 2020

Milli Məclisdə Azərbaycan Respublikasında Anım Günü ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR