• SOSİAL

    12:53 24 may 2019

Milli Oftalmologiya Mərkəzində 10 ildə 82 468 xəstə əməliyyat olunub

"Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyətə başladığı 10 il ərzində stasionar xəstələrinin sayı 90 224 nəfər olub".

ONA xəbər verir ki, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu illər ərzində 82 468 xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilib: “Ambulator müayinələrdən keçən vətəndaşların sayı 1 milyon 710 nəfər təşkil edib. Səyyar klinikanın fəaliyyəti zamanı isə 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxın xəstə əməliyyat olunub".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR