• SOSİAL

    15:11 2 aprel 2019

Mingəçevirdə 33 piyada cərimələnib

Dövlət Yol Polisi İdarəsinin Mingəçevir Bölməsinin əməkdaşı şəhər ərazisində reyd keçiriblər.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti, 20 yanvar və Nəriman Nərimanov küçələrində piyadaların nəqliyyat yollarından keçidinə nəzarət tətbiq edən yol polisi əməkdaşları 50-dən çox qayda pozucusunu saxlayıb. DYP şəhər bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru Xətai Məmmədovun verdiyi məlumata əsasən, saxlanılan piyadaların 33 nəfərinə inzibati protokol tərtib olunub. Digər qayda pozucuları ilə isə marifləndirmə xarakterli söhbətlər aparılaraq, ciddi xəbərdarlıq edilib.

Piyadalara yönəlik əməliyyat tədbiri həm də bir sıra məqamları ilə yadda qalıb. Belə ki, yol hərəkəti qaydalarını pozan piyadalardan bəziləri qanunun tələblərinə tabe olmayaraq, kimliyini bildirməkdən yayınıb, dəfələrlə yol intizamını pozmasına rəğmən ilk dəfə qaydaları pozduğunu bəhanə edərək inzibati inzibati məsuliyyətdən yayınmağa çalışıb.

Ehtiram Muradov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR