Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun Mingəçevir Elmi Təcrübə Stansiyasında naxa balıqlarının yetişmə və nəsil artırma qabiliyyəti üzərində elmi araşdırmalar aparılır.
Stansiyanın böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Şəfəq Məmmədovanın ONA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni süfrə dövründən yetişdirilən naxalar adətən 3-4 il sonra nəsil artıma imkanlarına malik olur. Ötən ildən aparılan tədqiqatlar zooloqların müsbət nəticələr üzərində kökləndiyini göstərir. Artıq balıqların süfrələri böyüyərək təxminən 800 qramdan 2 kiloqram 500 qram həcminə çatıb: “Əgər sınaq tədqiqatlarımız uğurlu nəticələr versə bu prosesin süni balıq göllərində davam etdirilməsi və balıqçılığın inkişafı üçün böyük faydası olacaq”.
Ş.Məmmədova həmçinin qeyd edib ki, Elmi Təcrübə Stansiyasında 2016-cı ildən həm də müalicəvi əhəmiyyətli zəlilər yetişdirilir: “Burada təbib, təbiət və şərq zəli növləri yetişdirilir. Zəlilər beton hovuzda bəslənilir və daim nəzarət altında saxlanılır. Əsas məqsəd bir çoxlarının primitiv qaydada gölməçələrdən toplayıb satdığı zəli ticarətini daha mütəşəkkil təbabət yönlü zəli təsərrüfatları ilə əvəzlənməsinə nail olmaqdır”.